Cəmiyyət

Şamaxıda yarımçıq asfaltanan yol təmiri ilə bağlı rəsmi açıqlama – VİDEO

Sharing is caring!


Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsinin asfaltsız olması sürücülərin narazılığına səbəb olub.

Sakinlərinin sözlərinə görə, payız-qış aylarında bu küçə daha da keçilməz olur.

“Maşınlarımızı təmir etmək üçün 10 gündən bir ustaya aparmalı oluruq. Qazancımız ancaq ustaya gedir”, – deyə sakin qeyd edib.

Sakinlər sözügedən küçədə dəfələrlə qəzaların baş verdiyini deyirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilir ki, yollar mərhələli şəkildə təmir olunur. Sözügedən küçənin də asfaltlanması nəzərdə tutulub.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir