Cəmiyyət

Xaçmazda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Sharing is caring!


Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Bakı prospektindən keçən hissəsində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, “Mercedes” markalı minik avtomobili ilə VAZ 21014 markalı minik maşınının toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Vüsal Bəxtiyar oğlu Qayıbov, 2000-ci il təvəllüdlü Süleyman Rahim oğlu Yaqubov və 2002-ci il təvəllüdlü Cavid Cəfəroviç Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir