Dünya

“Qarabağ”ın sabiq qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçib

Sharing is caring!


Türkiyə “Konyaspor”unun qapıçısı İbrahim Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Klubun rəsmi saytında verilən məlumata görə, Bosniya və Herseqovinadan olan qolkiper bu ölkənin “Əl-Halic” komandasına keçib.

35 yaşlı oyunçu tezliklə Seyhət şəhərinin təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, İbrahim Şehiç 2015 – 2018-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, “Konyaspor”da 2020-ci ilin yayından çıxış edirdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir