Cəmiyyət

Bakıda üç marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilib

Sharing is caring!


Bakıda 112, 136 və 146 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Dəyişikliyə səbəb paytaxtın Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində (Mir Mövsüm Ağa məscidi yaxınlığında) yolun hərəkət hissəsində təmir-tikinti işlərinin aparılacağı ilə əlaqədar avtomobillərin hərəkətinin tam məhdudlaşdırılmasıdır.

Məhdudiyyətlərə uyğun olaraq sözügedən marşrut xətləri üzrə hərəkət alternativ küçələrdən təşkil ediləcək.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir