Siyasət

Şahin Bağırov: “Zəngəzur dəhlizində keçid məntəqələrinin üzərində iş aparılır”

Sharing is caring!


“Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün Azərbaycan dövləti tərəfindən ciddi işlər görülür”.

Oxu.Az xəbər verir ki, bunu Gömrük Komitəsinin sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Dövlət Gömrük Komitəsi də proseslərin içindədir:

“Hazırda Zəngəzur dəhlizində keçid məntəqələrinin üzərində iş aparılır. Eyni zamanda, yeni layihələr üzərində iş gedir və artıq növbəti mərhələdə tikinti işlərinə başlanacaq”.

İşğaldan azad edilmiş Qubadlı rayonundakı “Eyvazlı” gömrük postunun durumu ilə bağlı suala gəlincə, sədr qeyd edib ki, postun istifadəyə verilməsi iqtisadi münasibətlərdən asılıdır.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir