Cəmiyyət

Bakıda 21 yaşlı oğlan qətlə yetirilib

Sharing is caring!


İyulun 26-da saat 12 radələrində Səbail rayonu Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Azər Aslan oğlu Ömərovun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, ilkin məlumata görə, cinayət hadisəsi onun iş yoldaşı 2002-ci təvəllüdlü Rüfət Əsgər oğlu Əkbərli ilə şəxsi münasibətlər zəminində baş verib.

R.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir