Dünya

İstanbulda qarışıqlıq yaratmağa hazırlaşan iki terrorçu ələ keçirildi – FOTO/VİDEO

Sharing is caring!


Türkiyənin İstanbul şəhərində terror aktları törətmək istəyən PKK/KCK terror təşkilatının iki üzvü ələ keçirilib.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama verib.

Nazirliyin məlumatına görə, Fatıma Əl Musa və Velat Jamo adlı terrorçular İstanbulda həyata keçirmək istədikləri akta hazırlaşarkən terrorla mübarizə qrupları tərəfindən Başakşehir rayonunda saxlanılıblar.

Fatıma Əl Musa 2011-ci ildə Suriya/Racu bölgəsində PKK/KCK terror təşkilatına qoşulub və Suriyanın Kobani, Qamışlı bölgələrində silahlı fəaliyyət göstərib. Həmin ildə təşkilatın 25 üzvü ilə birlikdə İraqın şimalındakı Qara bölgəsinə keçib, 6 ay döyüşçü hazırlığı keçdikdən sonra Qəndil bölgəsinə köçüb.

Partlayıcı maddələr, əməliyyatlar, casusluq və hücumlarla bağlı təlimlər alan terrorçu 5 ilə yaxın orada fəaliyyət göstərib, daha sonra qrup komandiri təyin edilib.

2017-ci ildə İraqın şimalından Suriyanın Afrin bölgəsinə, oradan qeyri-qanuni yollarla İstanbula gəlib, terror aktları törətməyə hazırlaşıb.

Velat Jamo adlı PKK/KCK terror təşkilatının üzvü isə 2012-2013-cü illərdə Suriyanın Afrin bölgəsində təşkilatın Heze Cevheri adlı qrupunda bir müddət bölgə müdiri kimi fəaliyyət göstərib və daha sonra İstanbula gələrək terror aktları hazırlığına başlayıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir