Cəmiyyət

Kürdəmirdə beş avtomobil toqquşdu: Xəsarət alanlar var – FOTO

Sharing is caring!


Kürdəmirdə beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Report” xəbər verir ki, hadisə rayonun M.P.Vaqif küçəsində qeydə alınıb.

Belə ki, “QAZ 24” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanmış dörd maşına çırpılıb.

Nəticədə rayonun Sovla kənd sakini 33 yaşlı Cavid Baxış oğlu Cəfərov və rayonun Sor-Sor kənd sakini 72 yaşlı Hətəmxan Hətəm oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir