AKTUAL manset

Novruzov deputatın əməlini cinayət adlandırdı – Video

Sharing is caring!

AG Bank ASC-dən külli miqdarda kredit götürən, həmçinin iki ayrı şəxsdən deputatlıq vəsiqəsini girov qoymaq qarşılğında külli miqdarda pul alaraq geri qaytarmamaqda ittiham olunan deputat Rafael Cəbrayılov baş verən olaylarla bağlı mətbuat konfransı keçirəcək.

XəbərAl.az  xəbər verir ki, bu barədə deputat Real TV-yə açıqlamasında bildirib. Mətbuata həmişə açıq olduğunu bildirən millət vəkili qeyd edib ki, bütün jurnalistlərdən bu konfransı işıqlandırmalarını xahiş edir.

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə hesab edir ki, deputat vəsiqəsini girov qoymaq ən azı cinayətdir:

“Xalq verib bu mandatı deputata. İnsanlar, cəmiyyət seçib, etibar edib, həmçinin, xalq təmsilçisi kimi parlamentə göndəriblər. Hər hansısa şəxsi marağa görə, nəinki şəxsiyyət vəsiqəsini, hansısa sənədi, deputat vəsiqəsini girov qoymaq ən azı cinayətdir. Bu məsələyə ancaq İntizam Komissiyası baxa bilər, o da ancaq MM sədri təklif verərsə. Bizim daxili nizamnaməyə görə, parlamentin sədri bununla bağlı İntizam Komissiyasına müraciət edir. İntizam Komissiyası da baxır, araşdırır və əgər belə fakt ortaya çıxırsa, o zaman İntizam Komissiyası bunu parlamentə çıxarır. Parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasına göndərilir və deputat mandatdan məhrum olunur”.

MM-in İntizam Komissiyasının sədri Ağacan Abıyev də bildirib ki, İntizam Komissiyasında işə baxılacaq:

“Bu məsələnin bizə nə qədər aid olub-olmadığını müəyyən edəndən sonra İntizam Komissiyasında məsələyə baxılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir