İdman

“Qəbələ” Azərbaycan millisinin sabiq qapıçısını heyətinə qatıb

Sharing is caring!


Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Klubdan “Report”a verilən məlumata görə, “qırmızı-qaralar” qapıçı Rəşad Əzizlinin keçidini rəsmiləşdirib. 29 yaşlı qolkiperlə bir illik müqavilə imzalanıb.

Əzizlinin son klubu “Şamaxı” olub. O, bunadək “Rəvan”, AZAL, “Səbail”, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin formasını geyinib.

Qapıçı Azərbaycan milli komandalarında da çıxış edib. Əzizli U-17 və U-19 yığmalarının şərəfini qoruyub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir