Dünya

İranın paytaxtında üçmərtəbəli bina uçdu: Ölən və yaralananlar var – FOTO

Sharing is caring!


Tehranın cənubunda üçmərtəbəli bina uçub.

Bu barədə İran yanğınsöndürmə xidmətinin regional idarəsinin sözçüsü xəbər verib.

Məlumata görə, hadisə yerinə dərhal xilasedicilər və təcili yardım maşınları cəlb olunublar.

Bildirilib ki, ilk olaraq dağıntılar altından 70 və 34 yaşlı iki qadın çıxarılıb. Onlar təcili yardımla xəstəxanaya göndəriliblər. Bir müddət sonra 40 yaşlarında olan daha bir qadın dağıntılar altından çıxarılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Axtarış əməliyyatı hələ də davam edir. Hadisənin başvermə səbəbləri araşdırılır.

Mənbə: ISNA 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir