Cəmiyyət

Bakıda ananın həbsdə olan oğluna narkotik aparmasının qarşısı alınıb

Sharing is caring!


Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə xidmətdən məlumat verilib.

Qeyd edilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Anar Alim oğlu Əsgərova anası Salyan şəhər sakini Ruhəngiz Rzalı qızı Əsgərova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan plastik qabdakı balın içərisində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,800 qram olan narkotik maddə – heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir