Dünya

Yaponiyada güclü qar üç nəfərin ölümünə səbəb olub

Sharing is caring!

Yaponiyada artıq bir neçə gündür yağan güclü qar insan ölümlərinə səbəb olub.

Son məlumata görə, “gündoğan ölkə”də havaların kəskin soyuması nəticəsində üç nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Ən çox yağıntı Yaponiyanın Niiqata əyalətinə düşüb. Bu əyalətdə yerləşən şəhərlərin market şəbəkələrinə ərzaq məhsullarının çatdırılmasında fasilələr yaranıb, nəticədə rəflərin boş qaldığı müşahidə edilib.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, soyuq hava dalğası və güclü qar bu həftənin bazar gününə qədər davam edəcək.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir