Dünya

İsveçrə “üçüncü cinsi” tanımaqdan imtina etdi

Sharing is caring!

İsveçrə hökuməti üçüncü cinsin varlığını tanımaqdan imtina edib.

Bu barədə ölkənin Federal Şurasının yerli hökumətin saytında dərc olunan sənədində deyilir.

Vurğulanır ki, isveçrəlilər yalnız kişi və qadın cinslərinin mövcudluğunu nəzərdə tutan ənənəvi gender kimlik modelindən əl çəkməyə hazır deyillər. Sənəddə bildirilir ki, iki cins prinsipi İsveçrə cəmiyyətində dərin köklərə malikdir.

İsveçrə Federal Şurası təkid edir ki, ölkədə üçüncü cinsin tanınması üçün təkcə ictimai deyil, həm də hüquqi şərtlər yoxdur. Belə ki, iki cins prinsipindən imtina etmək federal və kantonal qanunvericilikdə çoxsaylı uyğunlaşmalar, eləcə də İsveçrə Konstitusiyasına dəyişikliklər tələb edir.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir