Dünya

Moskvada şagird müəllimi məktəbi partlatmaqla hədələdi və pul tələb etdi

Sharing is caring!


Moskva məktəblərindən birində şagird müəlliminin ona 100 min rubl verməsini tələb edib. Əks təqdirdə o, məktəbi partladacağını bildirib.

Hadisə paytaxtın Qolovinski rayonundakı 648 saylı məktəbdə yaşanıb.

Yeniyetmə öz sinif rəhbərini – rus dili və ədəbiyyatı müəllimini şantaj edib.

14 yaşlı oğlan artıq polis tərəfindən saxlanılıb.

Hazırda müəllimin son vaxtlar şagirdilə münaqişəsinin olub-olmadığı dəqiqləşdirilir.

Mənbə: Shot

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir