Cəmiyyət

Aeroport yolunda iki avtomoil toqquşub, xəsarət alan var

Sharing is caring!

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, aeroport yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1975-ci il təvəllüdlü Axundova Esmira Cəmil qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir