Cəmiyyət

Şahnaz Haşımovanın səhhəti necədir?

Sharing is caring!


Xalq artisti Şahnaz Haşımova səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

Sənətkarın sağlamlıq vəziyyətinin hazırda necə olması barədə məlumat əldə etmək üçün Bizim.media-nın əməkdaşı Şahnaz xanımla əlaqə saxlayıb.

Xalq artistinin nəvəsi bildirib ki, o, hazırda Mərkəzi Gömrük Hospitalında müalicəsini davam etdirir:

“Şahnaz xanım mütəmadi olaraq həkim nəzarətindədir. Müalicələri davam edir. Səhhəti ilə bağlı ciddi təhlükə yoxdur. İki gün sonra yenidən müayinələrdən keçəcək. Əgər həkim icazə versə, o, xəstəxanadan buraxılacaq. Müalicəsini isə Kardioloji Sanatoriyada davam etdirəcək”.

Qeyd edək ki, Ş.Haşımova Gəncədə Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsindən Bakıya gətirildikdən sonra müalicəsini Gömrük Hospitalında davam etdirir

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir