Siyasət

Prezident: “Müharibə zamanı Qərb jurnalistləri Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışırdılar”

Sharing is caring!


“Vətən müharibəsi zamanı müsahibə verdiyim Qərb jurnalistlərinin əksəriyyəti çox aqressiv idi və Azərbaycanı təcavüzkar kimi təsvir etməyə çalışırdılar”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.

“Ərazilərimizi azad etdikdə, ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq. Biz, sadəcə, üzləşdiyimiz 30 illik işğalın və etnik təmizləmənin nəticələrini aradan qaldırırdıq”, – deyə dövlətimizin başçısı əlavə edib.

O qeyd edib ki, Qərb jurnalistləri Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışırdılar və əlbəttə, bu, tamamilə qəbuledilməz idi: “Bütün bunlar Qərb mətbuatının qərəzli, qeyri-tarazlı və anti-Azərbaycan yanaşmasını nümayiş etdirdi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir