Cəmiyyət

Qubada yeddi nəfərlik şəhid ailəsi niyə qonşunun evində yatır? – VİDEO

Sharing is caring!


90 yaşlı Mahur Məhərrəmov Qubanın ucqar dağ kəndi olan Dərkdə yaşayır.

İki oğlu – Qoşqar və Eldar Məhərrəmovlar – Birinci Qarabağ müharibəsində şəhid olub.

Baku TV-nin əməkdaşı ailəyə baş çəkib.

Bildirilib ki, evləri ötən ay yanaraq külə döndüyündən şəhid ailəsi hazırda çıxılmaz vəziyyətdə qalıb. Belə ki, yeddi nəfərlik ailə qonşuda gecələmək məcburiyyətindədir.

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisədən sonra Dərk kəndində şəhid ailəsi ilə görüş keçirilib:

“Ailəyə iki min manat yardım edilib. Həmçinin, ailənin vəziyyəti nəzərə alınaraq evin tikintisi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, imtiyazlı kateqoriyadan olan şəxslər üçün fərdi yaşayış evləri vətəndaşın təqdim etdiyi torpaq sahəsində inşa edilir:

“Ötən müddət ərzində fərdi yaşayış evinin tikilməsinə görə Mahur Məhərrəmov tərəfindən nazirliyə torpaq sahəsi təqdim edilməyib”.

Sosial Xidmətlər Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qanunvericiliyə əsasən, imtiyazlı şəxslər üçün fərdi ev tikintisi onların təqdim etdiyi torpaq sahəsində həyata keçirilir:

“Sözügedən vətəndaşımızın da əvvəlki evinin yerləşdiyi torpaq sahəsinə əməkdaşlarımız baxış keçiriblər. Ərazinin tikinti üçün yararlılığı və kommunikasiya xətləri ilə təminatı məsələləri diqqətə alınaraq, aidiyyəti komissiyada qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunduqdan sonra məlumat veriləcək”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir