Cəmiyyət

Dünyada selektiv abortlara görə Azərbaycan artıq ilk sıralarda deyil

Sharing is caring!


“Qız uşaqlarının ana bətnində məhv edilməsi üzrə, yəni selektiv abortlara görə Azərbaycan dünyada artıq ilk sıralarda deyil”.

Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, bu problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür:

“Ailənin planlaşdırılması məsələsi ilə bağlı gənc ailələrlə danışıqlar aparılır.

Bu istiqamətdə qanunlayihəsi hazırlanır. Milli Məclisinin gündəliyindədir. Həmin qanun qüvvəyə mindikdən sonra qadınlara reproduktiv yardımın verilməsinə zəmin yaradacaq. Hazırda isə aidiyyəti qurumlar bu məsələni ciddi nəzarətdə saxlayırlar. Təhlillər aparılır, nəticələr müzakirə edirlər. Qızlara qarşı beyinlərdə mentallaşan yanlış düşüncələrlə, ayrı-seçkiliklə mübarizə davam edir. İctimai qınaq bu məsələdə bizə çox kömək edir. Ciddi şəkildə bu məsələ ilə məşğul oluruq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir