Cəmiyyət

Qəçrəşdə atılan məişət tullantıları ilə zibilliyi xatırladan ərazi təmizləndi – FOTO

Sharing is caring!


Quba rayonunun Qəşrəş ərazisində tullantıların qalaqlanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, Quba rayonu, Qəçrəş kəndi ərazisində Qudyalçayın çay axarının sağ sahilindən yuxarı hissədə yerləşən tullantıların atıldığı sahəyə polis əməkdaşları ilə birgə baxış keçirilib:

“Sözügedən ərazi xidmət əməkdaşlarının nəzarəti altında Quba rayonu Qəçrəş bələdiyyəsinin işçiləri tərəfindən tullantılardan təmizlənərək əvvəlki vəziyyətə gətirilib. Ərazi nəzarətə götürülüb, müvafiq sənədləşmə işləri aparılır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir