İdman

Nicat Abasov Maqnus Karlseni necə təşvişə saldı?

Sharing is caring!


Norveçli şahmatçı Maqnus Karlsen Bakıdakı Dünya Kubokunun yarımfinalında Azərbaycan təmsilçisi Nicat Abasovla oyunlardan danışıb.

Keçmiş dünya çempionu qrosmeysterimizin bir çox resurs tapmasının onu əsəbiləşdirdiyini söyləyib:

“Abasov çox inamlı oynayırdı. O, sürətli və uğurlu gedişlər edirdi. Buna görə də asan olmadı. Nicat Abasovun çoxlu resurslar tapması məni təşvişə salırdı. Amma cavab görüşündə risksiz oynadım. Onun ideyalarını anladığım üçün qalib gələ bildim”.

Qeyd edək ki, iki oyunun cəmində 1,5:0,5 hesablı qələbə qazanan Maqnus Karlsen Dünya Kubokunda finala yüksəlib. Nicat Abasov isə üçüncülük uğrunda yarışacaq.

Mənbə: chess24.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir