Siyasət

Səfir: “Ukrayna Azərbaycana göstərdiyi yardıma görə minnətdardır”

Sharing is caring!


“Ukrayna Azərbaycana göstərdiyi yardıma görə minnətdardır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

“Azərbaycan və Ukrayna dostluğu tarixin sınağından çıxıb. Ən çətin anlarda ölkələrimiz bir-birinə kömək edirdi. Bu gün biz Azərbaycan dövləti və xalqından böyük dəstək hiss edirik. Bura həm humanitar yardımlar, həm də Ukraynada dağılmış infrastrukturun bərpasına kömək daxildir. Bu günədək Azərbaycan hökuməti bu məqsədlər üçün 30 milyon dollardan artıq vəsait ayırıb. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Ukraynaya əlavə olaraq 7,6 milyon ABŞ dolları məbləğində vəsait ayrılmasına görə minnətdarıq”, – o vurğulayıb.

Onun sözlərinə görə, yeni ayrılan məbləğ Ukraynanın enerji sektorunun bərpasına sərf olunacaq:

“Bir çox ukraynalı məhz Azərbaycanın köməyi sayəsində ötən il qışdan çıxıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir