Dünya

Vyananın mərkəzində Azərbaycan icmasının etiraz aksiyası təşkil edilib – FOTO

Sharing is caring!


Avstriyada yaşayan Azərbaycan icması nümayəndələrinin məşhur Heldenplatz meydanında dinc aksiyası keçirilib.

Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşkilatçılığı ilə baş tutan aksiyada ölkəmizə qarşı 30 il ərzində işğalçı siyasət yürütmüş Ermənistanın yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiyayönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdinə etiraz edilib.

Aksiya zamanı Azərbaycan bayrağı dalğalandırılıb, “Ermənistan, bizim torpaqlarımızda mina basdırmağı dayandır!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!”, “Mina qurbanlarına görə ədalət tələb edirik!”, “Ermənistanın ekoloji terroruna son qoyulsun!”, “Qarabağın ekoloji mühitinin dağıdılmasına görə ədalət tələb edirik!” və sair şüarlar nümayiş etdirilib.

Həmçinin, aksiya iştirakçıları BMT-nin Təhlükəsizlik Şurasından və beynəlxalq ictimaiyyətdən Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın hərbi və ekoloji terroruna son qoyulmasını, Azərbaycan vətəndaşlarının Qarabağda təhlükəsizliyinin və insan hüquqlarının təmin edilməsini, Azərbaycan dövlətinin sülh səylərinin dəstəklənməsini tələb ediblər.

Aksiya ilə maraqlanan vyanalılara Ermənistanın hərbi və ekoloji cinayətləri barədə ətraflı məlumat verilib. Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etdiyi, 2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı, rəsmi İrəvanın dəqiq mina xəritələri verməkdən imtinasının insan hüquqlarını kobudcasına pozduğu, erməni KİV-inin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutlar yaymasının III Cenevrə Konvensiyasına zidd olduğu, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı, Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının qeyri-qanuni istismar edildiyi, 60 min hektardan çox meşə sahəsinin darmadağın edildiyi, çaylarımızın çirkləndirildiyi və sair faktlar nəzərə çatdırılıb.

Qeyd edək ki, Ermənistanın ifşasını həzm edə bilməyən erməni icmasının nümayəndələri aksiyaya qarşı təxribat törətməyə çəhd etsələr də, bu təxribatın qarşısı alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir