Mədəniyyət

Milli arxiv fonduna məxsus elektron sənədlərin mühafizəsi ilə bağlı qaydalar təsdiqlənib

Sharing is caring!


“Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları” təsdiqlənib.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Milli Arxiv İdarəsinə “Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları”nın 4.5-ci bəndində nəzərdə tutulan Vahid Elektron Arxiv Məlumat Sisteminin Əsasnaməsinin layihəsini hazırlamaq və Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir