Siyasət

Əməkdar artist Namis Şirməmmədov vəfat edib – FOTO

Sharing is caring!




Əməkdar artist Namis Şirməmmədov vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.

Bildirilib ki, o uzun sürən xəstəlikdən sonra 62 yaşında vəfat edib.

Namis Şirməmmədov 3 aprel 1962-ci ildə anadan olub. 1983-1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Həsənağa Turabovun dəvəti ilə 1997-ci ilədək Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.

1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına gələrək 2008-ci ilə qədər aktyor vəzifəsində işləyib. N.Şirməmmədov daha çox dramatik xarakterli rolları ifa edib. 2008-ci ildən isə teatrın quruluşçu rejissoru kimi fəaliyyət göstərib.

2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar artist” fəxri adına və 2013-cü ildə “Tərəqqi” medalına layiq görülüb.

N.Şirməmmədov A.Babayevin “Xilaskar” əsərində ulu öndər Heydər Əliyev obrazını canlandırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir