Cəmiyyət

Ağcabədidə ətrafı çirkləndirən 124 nəfər barəsində protokol tərtib edilib – FOTO

Sharing is caring!


Ağcabədidə ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə, rayonun Hacıbədəlli və Pərioğullar kəndlərinin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Ərazinin zibillənməsi halları ilə bağlı keçirilən digər təbirlərlə səkkiz nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Son altı ay ərzində rayon ərazisində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində ümumilikdə 124 nəfər barəsində müvafiq qaydada protokollar tərtib edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir