Cəmiyyət

Ətraf mühiti çirkləndirənlər cərimələndilər – FOTO

Sharing is caring!


Cəlilabad və Şamaxıda ətraf mühitin tullantılarla zibillənməsi faktları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan tədbirlər zamanı rayonun İncilli kəndi ərazisində qanunsuz kömür istehsalı faktı aşkar olunub.

Həmin faktla bağlı Cəlilabad RPŞ-də qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.

Bundan əlavə, şöbə əməkdaşlarının sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Cəlilabad şəhəri ərazisində keçirdikləri tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.

Ərazinin zibillənməsi halları ilə bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokollar tərtib olunub.

Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı da bəzi şəxslər tərəfindən tullantıların urnalara deyil, ətraf əraziyə atıldığı aşkarlanıb.

Onlarla izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.

Həmçinin, rayonun Qurdtəpə kəndində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunduğu üçün bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi isə inzibati tənbeh tədbiri görülüb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir