Cəmiyyət

“EU Today”: “Etnik azərbaycanlılar İrandakı kütləvi etiraz qurbanlarının xatirəsini yad ediblər”

Sharing is caring!


Etnik azərbaycanlılar 2006-cı ildə İranda baş vermiş etiraz aksiyalarının qurbanları olan soydaşlarının xatirəsini ehtiramla yad ediblər. Bu günü istər İranda, istərsə də ondan kənarda yaşayan Azərbaycan əsilli insanlar “Xatirə və kədər günü” kimi qeyd edirlər.

“Report” xəbər verir ki, bu barədə “EU Today”də dərc olunan məqalədə bildirilib.

Qeyd edilib ki, İranda son etirazlarla məşğul olan bir çox analitiklər etnik aspektlərə diqqət yetirirlər: “Bu təhlillərin çoxunda İran rejiminin etnik kürdlər və ya digər İran azlıqları ilə toqquşması nəticəsində yaranan qeyri-sabitlik və zorakılığa diqqət yetirilir. Lakin sayı on milyonlarla olan və əsasən İranın Azərbaycanla sərhəd olan vilayətlərində yaşayan etnik azərbaycanlıların acınacaqlı vəziyyətinə praktiki olaraq diqqət yetirilmir”.

2006-cı ildə İranın azərbaycanlılar yaşayan bölgələrini (Zəncan, Təbriz, Urmiya, Ərdəbil) sarsıdan etiraz aksiyaları o qədər əlamətdar olub ki, indi bəzi fəallar hadisələri “Milli Oyanış Günü” adlandırırlar.

Məqalədə vurğulanıb ki, 2023-cü ilin mayında Berlində bu etirazların qurbanlarının xatirəsinə genişmiqyaslı mitinqlər keçirilib: “Almaniyanın paytaxtı Avropadakı azərbaycanlıların xatirəsinə keçirilən nümayişlərin mərkəzinə çevrilib. Azərbaycan icmasının minlərlə nümayəndəsi Berlinin Brandenburq qapısı qarşısına toplaşaraq İran rejiminin yürütdüyü etnik ayrı-seçkilik və təzyiq siyasətinə etiraz edərək, İranda azərbaycanlılara bərabər hüquqlar verilməsini tələb ediblər”.

Bildirilib ki, nümayişçilər İrandakı soydaşları üçün azadlıq və ədalət tələb ediblər: “Beynəlxalq ictimaiyyətin İrandakı Azərbaycan icmalarının mübarizəsini tanımasının vaxtı çatıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir