Dünya

Hindular amerikalı və avropalı turistlərin olduğu gəmini ələ keçirdilər – FOTO/VİDEO

Sharing is caring!

Peru hinduları turistlərin olduğu gəmini ələ keçiriblər. Bildirilir ki, onlar bunu səlahiyyətlilərin diqqətini neft sızıntısına çəkmək üçün ediblər.

Ümumilikdə gəmidə ABŞ və Avropa vətəndaşları da daxil olmaqla 150-yə yaxın insan olub.

Hadisə Loreto əyalətinin Urarinas bölgəsində baş verib. Yerli əhali bu yolla hökumətin fəaliyyətsizliyinə etiraz edib.

Qeyd olunur ki, saxlanılan turistlər bir gün davam edən danışıqlardan sonra buraxılıblar.

Yerli mətbuatın məlumatına görə, hadisə zamanı heç kim xəsarət almayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir