Cəmiyyət

Muxtar Babayev Söyüdlü ilə bağlı yaradılan komissiyanın işindən DANIŞDI

Sharing is caring!


“Gədəbəyin Söyüdlü kəndində iyunun 22-də monitorinq başlayıb. Komissiyanın tərkibində olan bütün qurumlar müxtəlif istiqamətlər üzrə monitorinq apardılar”.

Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın işi ilə bağlı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Komissiya üzvləri kənd sakinləri ilə görüş keçiriblər:

“Texnoloji proses ilə tanış olublar, o cümlədən tullantı suları üçün tikilmiş gölün monitorinqi aparılıb. Kənd sakinlərində narahatlıq vardı ki, göldən gələn havanın qoxusu onların sağlamlığına neqativ təsir göstərə bilər. İlk gündən havanın keyfiyyətinin nəticələrini əhaliyə çatdırmağa çalışdıq”.

O qeyd edib ki, hava monitorinqi təhlükəli maddələrin normadan artıq olmaması məlum olub.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir