Dünya

BMT Baş Assambleyasının sədri: “Dünya Karib böhranından bu yana nüvə münaqişəsinə bu qədər yaxın olmayıb”

Sharing is caring!

“Dünya Karib böhranından (Kuba raket böhranı) bəri nüvə münaqişəsinə bu il olduğu qədər yaxın olmayıb”.

Bu qiymətləndirməni BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kyoryoşi açıqlayıb.

“Biz Karib böhranından bu yana real nüvə münaqişəsinə bu qədər yaxın olmamışıq. Və mən hesab edirəm ki, bu, hamımız üçün olduqca ciddi xəbərdarlıqdır”, – deyə sədr qeyd edib.

“Nüvə silahından istifadə variantına əl atmaq doğru deyil, bu variant üzv ölkələrin alətlər dəstindən çıxarılmalıdır”, – deyə Assambleya sessiyasının rəhbəri vurğulayıb.

“Nüvə silahlarının həftəlik və aylıq əsasda siyasi silah kimi istifadə edildiyi günlərə qayıda bilmərik. Və Allah eləməsin ki, nüvə zərbəsi endirilsin, belə çətin vəziyyətə qalaq”, – deyə o qeyd edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir