Cəmiyyət

Xırdalanda müəmma: “Anamın qəbrinin yerində başqasını basdırıblar” – VİDEO

Sharing is caring!


Xırdalanda vətəndaşın anasının qəbrinin yerində başqasını basdırıblar.

Belə ki, Osman Eminovun anası 1991-ci ildə rəhmətə gedib və onu Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. 2020-ci ildə anasının qəbrini ziyarət etdikdən sonra O.Eminov Rusiyaya gedib və qayıdanda anasının qəbrinin yerində olmadığını görüb.

“Anamın qəbrini ziyarət etməyə gəlmişdim. Gördüm ki, bizim yer yoxdur. Üstünə torpaq töküblər. Başdaşını dağıdıblar. Başqa adamı da orada dəfn ediblər”, – deyə şikayətçi bildirib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir