Siyasət

“Qraparak” nəşri: İlham Əliyevlə Nikol Paşinyan arasında görüş planlaşdırılandan əvvəl baş tuta bilər

Sharing is caring!


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyulun 21-də Brüsseldə nəzərdə tutulan görüş daha əvvəl baş tuta bilər.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

O, əvvəllər təsdiq edilmiş iclasın tarixinin dəyişib-dəyişmədiyi barədə danışmayıb, bu barədə daha sonra əlavə məlumat verəcəyini vəd edib.

Xatırladaq ki, iyunun 1-də Kişineuda danışıqlardan sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə üçtərəfli formatda növbəti görüşünün iyulun 21-də Brüsseldə baş tutacağını bəyan edib.

Mənbə: “Qraparak” nəşri

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir