İdman

Avarçəkmə üzrə Bakı çempionatı keçiriləcək

Sharing is caring!


Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 14-də avarçəkmə üzrə Bakı çempionatı təşkil olunacaq.

Federasiyadan verilən məlumata görə, Bulvar ərazisində keçiriləcək çempionatda paytaxtla yanaşı, Mingəçevirdən olan 70-ə yaxın yeniyetmə və gənc avarçəkən yarışacaq.

İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində mübarizə aparacaqlar. Yarışlar saat 17:00-dan etibarən başlayacaq. Bakı çempionatı bir gün davam edəcək.

Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmə idman növünü daha da populyarlaşdırmaq, kütləviliyi təmin etməkdir. Bakı çempionatında fərqlənən idmançılar gələcəkdə milli komandanın heyətinə cəlb olunacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir