İdman

Məşhur MMA təşkilatı “Rizin” Bakıda ilk dəfə turnir keçirəcək

Sharing is caring!


Yaponiyanın qarışıq döyüş növləri (MMA) üzrə təşkilatı “Rizin” ilk dəfə Bakıda turnir təşkil edəcək.

Bu barədə “Gazeta Esportiva”nın jurnalisti Bruno Massami özünün “Twitter” hesabında məlumat yayıb.

O, təşkilatın prezidenti Nobuyuki Sakakibara istinadən qeyd edib ki, Bakı turniri bu il noyabrın 4-də baş tutacaq.

Xatırladaq ki, dünən azərbaycanlı döyüşçü Tofiq Musayev “Super Rizin 2” turnirində yaponiyalı Akira Okadaya qalib gəlib. Digər həmyerlimiz Vüqar Kəramov isə yapon Mikura Asakuranı məğlub edərək yüngül çəkidə çempion kəmərini qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir