Cəmiyyət

Müəllimlərin NƏZƏRİNƏ: Minimum bal yaxın zamanda açıqlanacaq

Sharing is caring!


“Hazırda müəllimlərin işə qəbulu üzrə doqquz mindən artıq vakant yer var. Hər müəllim vakansiya seçimində maksimum səkkiz vakant yer seçə bilər”. 

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, vakansiya seçimi əvvəlcə şəhid ailələrinə açıq olacaq: 

“Vakansiya seçimində iştirak üçün minimum bal yaxın zamanda açıqlanacaq. MİQ-in təşkilində əsas məqsəd vakant yerlərin tam tutulmasıdır. 

Təəssüf ki, bəzi namizədlər test imtahanında uğur qazanıb, müsahibə mərhələsində iştirak etmirlər. Müəllim müsahibədə uğur qazansa da, iş yerindən imtina edir. Bu addım məktəbdə kadr ehtiyacının ödənməməsi deməkdir”.

O qeyd edib ki, prosesdən iki həftə əvvəl müəllimlərə dəvətlər göndərilir:

“Test imtahanında nəticə onları qane etməsə, vakansiya seçimində iştirak etməmələrini xahiş edirik. Əks halda boş qalan vakant yeri bir illik müqavilə ilə daimi işləyən müəllimlə əvəz etmək məcburiyyətində qalırıq”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir