Dünya

Çin “Ənsar Allah”la bağlı İrana xəbərdarlıq edib

Sharing is caring!


Çin Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı ilə əlaqədar İrana müraciət edib.

Pekin Tehrandan hərəkatın hücumlarını dayandırmağa kömək etməsini istəyib.

Mənbə yazır ki, Çin və İran bu yaxınlarda Qırmızı dənizdə ticarət məsələlərini və “Ənsar Allah”ın hücumlarını müzakirə ediblər.

“Danışıqlar zamanı Çin tərəfi bildirib ki, əgər onun maraqlarına hər hansı şəkildə zərər dəyərsə, Pekinin Tehranla ticarət əlaqələrinə xələl gələ bilər. Ona görə də İran bu məsələdə husilərə təsir etməlidir”, – deyə mənbə yazıb.

Məlumat üçün əlavə edək ki, husilərin Qırmızı dənizdə gəmilərə hücumlarından sonra Çinin Avropa və Asiya arasındakı ticarət əlaqələrinə ciddi zərər vurub.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir