İdman

“Kürü keçək?!” açıq suda üzmə yarışının mükafatlandırma mərasimi keçirilib – FOTO

Sharing is caring!


Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutan “Kürü keçək?!” açıq suda üzmə yarışının mükafatlandırma mərasimi keçirilib.

“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, Kür sahilində reallaşan yarışın ardından qaliblər mükafatlarını alıblar.

Onlara medalları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Mingəçevirin icra başçısı İlham İsmayılov və digər rəsmilər təqdim ediblər.

Qeyd edək ki, Kür çayının iki sahili arasında, 300 metr məsafədə təşkil edilən yarışda Azərbaycanın bütün rayon və şəhərlərindən üzməyi bacaran 300-dək iştirakçı mübarizə aparıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir