Cəmiyyət

Gəncənin yol problemi: Yağış yağan kimi hərəkət iflic olur – FOTO/VİDEO

Sharing is caring!


Gəncə şəhəri dağılmış yol infraastrukturunun bərpası hələ də ləngiyir.

Bununla bağlı Oxu.Az-a müraciət edən Gəncə sakinləri məlumat veriblər.

Sakinlər qeyd edir ki, dəfələrlə məsələnin mətbuatda işıqlandırılmasına, aidiyyəti üzrə müraciətlər edilməsinə baxmayaraq, şəhərin yol problem həllini tapmayıb.  

Onların sözlərinə görə, hərəkətin intensiv olduğu Süleyman Rəhimov, Təbriz, Əziz Əliyev, Tofiq Bağırov küçələri qəzalı vəziyyətdədir. Hətta durum o qədər bərbaddır ki, azca yağış yağan kimi həmin yollarda hərəkət iflic vəziyyətə düşür.

Adıçəkilən küçələrdən sakinlərin göndərdikləri foto və videoları təqdim edirik:

Görüntülərlə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq, bildirilib ki, Gəncə şəhərində “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi icra olunur. Gəncə küçələrinin, qəsəbə və məhəllədaxili yolların asfaltlanması da şəhərin içməli su və çirkab su xətləri sisteminin yenidən qurulması məqsədi ilə həyata keçirilən sözügedən layihəyə paralel şəkildə aparılır.

İcra Hakimiyyətinin məlumatına görə, “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində işlərin tam başa çatdırıldığı ərazilərdə mərhələli şəkildə asfalt işləri görülməkdədir: 

“Belə ki, son 4 ildə su-kanalizasiya sistemlərinin yenilənməsi işləri tam başa çatan 100-ə yaxın küçədə abadlıq işləri görülüb, 30-dan artıq küçədə təmir işləri aparılıb, 50-yə yaxın küçənin asfalt örtüyü yenilənib. Hazırda içməli su və çirkab su xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə asfaltlanma işləri hazırda da davam etdirilir. Son aylarda şəhərin Dədə Qorqud, Tağı Arani və İsaq Cəfərov küçələrində binaların qarşısı və həmin yaşayış məntəqələrin ətrafında olan yollarda bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir