Cəmiyyət

Azərbaycanda dəhşətli mikroavtobus qəzası: Ölən və yaralananların ADLARI – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada ölən şəxslərdən birinin kimliyi məlum olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, həmin şəxs Həmidə Quliyevadır.

Qəza zamanı Quliyev Fəxrəddin Məhəmmədhəsən oğlu, Quliyev Elgün Rəhbər oğlu, Məmmədova Zeynəb Mübariz qızı, Quliyeva Zəhra Vüqar qızı, Quliyev Məhəmməd Vüqar oğlu, Quliyeva Qələmnaz Vüqar qızı, Əliyev İlqar Gəray oğlu, Mehdiyev Eldəniz Zahid oğlu xəsarət alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

15:12

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində baş verən ağır avtomobil qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Mercedes Sprinter” markalı sərnişindaşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu “KamAZ” markalı yük maşınına çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, səkkiz şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir