Dünya

Navalnının qardaşı Rusiyada axtarışa verildi

Sharing is caring!


Rusiyada vəfat edən müxalif siyasətçi Aleksey Navalnının qardaşı Oleq Rusiyada növbəti dəfə axtarışa verilib.

Belə ki, Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında onun məlumatları peyda olub.

Oleqin Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarıldığı açıqlanmayıb.

TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla Oleq Navalnıya qarşı yeni cinayət işi açıldığını xəbər verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir