Cəmiyyət

Ümid və Nəzrinin müalicə üçün dəstəyə ehtiyacı var: Anaları yardım istəyir – FOTO

Sharing is caring!




Ümid və Nəzrin Rəhimlinin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onların anası Diləfruz Həsənova məlumat yayıb.

Ana hər iki övladının SMA-2 xəstəliyindən əziyyət çəkdiyini deyib.

“Ümidin 15, Nəzrinin isə 13 yaşı var. Onlar doğulanda hər şeyin normal olduğunu düşündük. Daha sonra uşaqların səhhətinin yerində olmadığını gördük. 2021-ci ilə qədər övladlarıma miopatiya və serebral iflic diaqnozları qoyulmuşdu. 2021-ci ildə Türkiyədə verdiyimiz genetik analizlər nəticəsində övladlarımın ikisinin də SMA-2 xəstəliyindən əziyyət çəkdiyini öyrəndim”.

Gənc ana övladlarının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

“Mən tək anayam, yoldaşım 2021-ci ildə vəfat edib. O gündən bura uşaqların müalicələrini öz hesabıma, qohum-əqrəbanın dəstəyi ilə etmişəm. Hazırda uşaqlara “Evrys” adlı dərmanı almalıyam. Bunun üçün isə 10 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 672-74-63.  

Uni Bank: 5243 7544 4078 8105.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir