Cəmiyyət

Qaxda İran vətəndaşına məxsus TIR yanıb – FOTO

Sharing is caring!




Qaxda İran vətəndaşına məxsus yük avtomobili (TIR) yanaraq yararsız vəziyyətə düşüb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, İran İslam Respublikası vətəndaşı Omara Qəderbaxş Nəzərməhəmməd oğluna məxsus yük avtomobilində yanğın hadisəsi baş verib. Yanğın yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı UU-532-NU Gürcüstan qeydiyyat nişanlı “Renault” markalı yük avtomobilinin kabinə hissəsi tamamilə və qoşqusunun bir hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir