Cəmiyyət

Salyanda QƏZA: Yaralananlar var

Sharing is caring!


Salyanda baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun “Avtovağzal dairəsi” adlanan ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində Salyan rayon sakinləri 1989-cu il təvəllüdlü Sərdarov Əlihüseyn Kəlbihüseyn oğlu, 2000-ci il təvəllüdlü Məlikov Arif Xəlilulla oğlu və 1999-cuil təvəllüdlü Abdullayev Elvin Ziyafət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralananlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir