Dünya

Məşhəd yaxınlığında 4,9 bal gücündə zəlzələ olub – FOTO

Sharing is caring!


İranın şimal-şərqində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən 2,3 milyon nəfər əhalisi olan Məşhəd şəhərindən 45 km cənubda yerləşib. Zəlzələ ocağı 8 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

Qeyd edək ki, bu, İranda son sutkada ikinci zəlzələdir. Bundan əvvəl ölkənin cənubunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakətin episentri Bəndər-Abbas şəhərindən 120 km şimal-qərbdə olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir