Cəmiyyət

“Formula-1”ə nəzarət edəcək polislərə tapşırıqlar verilib – FOTO

Sharing is caring!


Aprelin 28-30 tarixlərində baş tutacaq 2023-cü il “Formula-1” Azərbaycan Qran-prisinə hazırlıqlar davam etdirilir.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, bu gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ictimai qaydanın və ictimai təhlükəsizliyin, xidmətin nümunəvi təşkili məqsədilə tədbirə cəlb olunacaq şəxsi heyətin sıra baxışı keçirilib, maddi-texniki təchizatın vəziyyəti yoxlanılıb.

Tapşırıqların icra vəziyyətini yoxlayan Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Vüqar Ələkbərov tədbirin yüksək təhlükəsizlik şəraitində keçirilməsi, qarşıya qoyulan tapşırıqlarla bağlı şəxsi heyəti təlimatlandırıb, əlavə göstərişləri diqqətə çatdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir