Dünya

İsrail prezidenti məhkəmə islahatları prosesini dərhal dayandırmağa çağırıb

Sharing is caring!


İsrail prezidenti İsxak Hersoq hökuməti məhkəmə sistemində islahatları dərhal dayandırmağa çağırıb.

Bu barədə dövlət başçısı “Twitter” hesabında yazıb.

“İsrail xalqının birliyi naminə, məsuliyyət naminə sizi qanunvericilik prosesini (islahatın qəbulu) dayandırmağa çağırıram”.

Qeyd edək ki, martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasının elanından sonra etirazlar başlayıb.

Xatırladaq ki, Y.Qalant martın 25-də xüsusi bəyanatla çıxış edərək, ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib.

O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir