İdman

“Qarabağ”dan məşqdə ürəyi dayanan futbolçu ilə bağlı AÇIQLAMA – YENİLƏNİR + ÖZƏL

Sharing is caring!


“Həkimlərin ilkin müdaxiləsindən sonra Şirxan Hüseynzadənin vəziyyəti nisbətən stabilləşib”.

Bunu Oxu.Az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Ağdam klubunun ikinci komandasının məşqdə ürəyi dayanan futbolçusu Şirxan Hüseynzadənin sağlamlıq durumu barədə danışarkən deyib. Klub sözçüsü bildirib ki, hazırda bütün lazımi müdaxilələr edilir:

“Təəssüf ki, məşqdə belə bir hadisə baş verib. Şirxan bizim ən sağlam futbolçularımızdan hesab olunurdu. İl ərzində iki dəfə klubumuz tərəfindən, eyni zamanda U-21 millisinə dəvət zamanı AFFA tərəfindən ümumi müayinədən keçirilib. Bu günə qədər heç bir problem aşkarlanmamışdı. Hazırda xəstəxanada həkim nəzarətindədir. Klubumuzun direktoru Emrah Çelikel, baş menecer Asif Əsgərov və komandamızın baş məşqçisi Qurban Qurbanov, eləcə də həkimlər korpusumuz onun yerləşdirildiyi xəstəxanadadırlar. Klub olaraq əlimizdən gələni edəcəyik. Hazırda həkimlər də bütün lazımi müdaxilələri edirlər. Şükürlər olsun ki, vəziyyəti stabilləşib”.

15:06

“Qarabağ”ın əvəzedici komandasının məşqdə ürəyi dayanan futbolçusu Şirxan Həsənzadə paytaxtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib.

Oxu.Az xəbər verir ki, 20 yaşlı futbolçunu hələ də ayıltmaq mümkün olmayıb.

Ş.Hüseynzadə məşq zamanı birdən yerə yıxılıb. Bundan sonra o, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya aparılıb.

14:56

“Qarabağ”ın əvəzedici komandasının məşqində xoşagəlməz hadisə yaşanıb.

Oxu.Az saytının əldə etdiyi məlumata görə, hazırlıq prosesində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb. O, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılıb.

Azərbaycan U-21 millisinin üzvünün həyatı üçün təhlükənin olduğu bildirilir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir