Cəmiyyət

Nazir qalmaqallı Psixiatriya Mərkəzininin vəzifəli şəxsini işdən çıxardı

Sharing is caring!


Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Mərkəzinin direktor müavini Vüqar Yusifov vəzifəsindən azad edilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evi ilə bağlı şikayətini bildirib. Qeyd edib ki, müəssisədə uşaqlara quru çörək verirlər. 

Daha sonra şikayətini bildirən yeniyetmə Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov yeniyetmənin ruhi xəstə olmadığını açıqlayıb.

Daha sonra həkim də işdən çıxarılıb

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir